Uca Allah aləmlərin - yeddi qat səmanın, yerin və bunların arasında olanların Rəbbidir. Biz bilirik ki, Uca Allahın yaratdığı gözəgörünməz məxluqlar - mələklər, cinlər vardır. Dünya alimləri başqa planetlərdə şüurlu məxluqların olmasını nə təsdiq edir, nə də inkar edirlər. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan səhih hədisdə bir sahəbənin çırağa bənzər varlıqları görməsi haqda danışılır.
Unikal.org bildirir ki, rəvayət edilir ki: "Bir dəfə gecə Useyd ibn Hudeyr (radıyəllahu anhu) əl-Bəqərə surəsini oxuÂÂyurdu, atı da onun yanında yerə bağlanılmışdı. Birdən at təşvişə düşüb şaÂhə qalxdı. Bunu görəndə Useyd (radıyəllahu anhu) susdu, at da sakitləşdi. Sonra o, oxuÂmaÂğıÂna davam elədi və at yenə təşvişə düÂşüb şahə qalxdı. O susdu, at da saÂkitÂləşÂdi. Sonra o, yenidən oxumağa başladı və at yenə də həyəÂcanÂlanıb şahə qalxÂdı. Bundan sonra o, daha oxumadı. Həmin vaxt Useydin oğÂlu Yəhya (radıyəllahu anhumə) atın yaxınÂlığında idi və o, qorxdu ki, at onu tapdalayar. Useyd (radıyəllahu anhu) uşaÂğı yanına çəkÂdikÂdən sonra başını göyə qaldırdı, lakin aydın bir şey görə bilmədi. Səhəri gün o, bu hadisəni Peyğəmbərə (salləllahu aleyhi və səlləm) danışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: "Oxu, ey ibn HuÂdeyr! Oxu, ey ibn HuÂdeyr!" - deyə buyurdu. Useyd (Allah ondan razı olsun) dedi: "Ey Allahın elçiÂsi! Yəhya atın yanında idi və mən qorxÂdum ki, at onu tapdalayar. Odur ki, baÂşımı qaldırıb ona tərəf getdim. Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də qəndillərə bənzər şeylər gördüm. Sonra onlar yox olub getÂdilər". Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: "BilirÂsənmi o nə idi?" Useyd (radıyəllahu anhu): "Xeyr!" - deÂyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bu, mələklər idi, sənin səÂsinə yaxınlaşÂmışÂdılar. Əgər sən oxumağına davam etsəydin, səhər tezdən hamı onları göÂrərÂdi və onlar insanÂlardan gizlənməzdilər". (əl-Buxari, 5018).
Cinlər haqda çoxlu səhih hədislər, Quranda isə onlara aid surə də var.