Polşada mədəndə baş verən partlayış nəticəsində bir nəfər ölüb.
Unikal.org-un məlumatına görə, hadisə ölkənin cənubunda baş verib.
Yastemj kömür şirkətinin başçısı Daniel Ozon bildirib: "Sofiyevka mədənində şənbə günü səhər güclü partlayış baş verib. Partlayışın gücü, mədənçilərin məlumatına görə, rixter şkalası üzrə 4 bala bərabər olub. Partlayış anında mədəndə təxmini 250 nəfər olub".
Onun sözlərinə görə, təxliyədən sonra 7 nəfər itkin düşüb. O qeyd edib ki, həlak olan mədənçinin 38 yaşı olub: "Xilasetmə əməliyyatı havada metan qazının yüksək konsentrasiyasına görə çətinləşib.