İran məhkəməsi 16 qadına İŞİD terror qruplaşması ilə əlaqələrə görə həbs cəzası verib.

Unikal.org-un məlumatına görə, bu barədə Tehran şəhərinin prokuroru Abba Cəfəri Doulabati bildirib.

A.Doulabati deyib: "İŞİD üzvü olan qadınlar müxtəlif həbs cəzasına məhkum ediliblər. Qadınları həmçinin İŞİD-dən aldıqları pulu ödəməyə məcbur ediblər".

Onun sözlərinə görə, qadınlar Suriyaya İŞİD-ə qoşulmağa yollanıblar. Suriyadan İrana qayıtdıqları zaman isə həbs ediliblər.