Qoç- görüləsi işlər az deyil. Bu səbəbdən də fəaliyyət planı hazırlayın və həmin plana ən kiçik xırdalıqlara qədər riayət edin. Risk etməyin, düşünülməmiş addımlar atmayın. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ağır işlərə başlamayın. Yerinə yetirə bilməyəcəyiniz öhdəliklər verməyin. Maliyyə fonu uğurlu deyil. Əldə etdiyiniz pulları xərcləməyə tələsməyin.
Günün əvvəlində əhvalınız pis olmasa da, axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Ehtiyatlı olun.
Buğa- səbrli olun. Hadisələr ləng inkişaf edir. Hətta ən sadə işlər və proseslər gözləntilərinizin tam əksinə olaraq çox vaxt alır. Yaxınlarınızla münasibətlərin rəvan olmasına çalışın. Ən mürəkkəb məsələlərin müzakirəsində belə, ciddi mübahisələrin və ixtilafların yaranmasına imkan verməyin. Əks təqdirdə əlaqələrdə əhəmiyyətli problemlər yarana bilər.
Günün maliyyə fonu uğurludur. Gəlirlər istisna deyil. Bilik, bacarıq və təcrübənin artırılması, dünyagörüşünün genişləndirilməsi, yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Səfər və ya səyahət uğurlu alınacaq, pozitiv emosiyalar bəxş edəcək. Maraqlı tanışlıqlar istisna deyil.
Əkizlər- görüləsi işlər çoxdur. Yaxınlarınız sizdən probelmlərin həllini və məqsədə doğru aparan yoldakı maneələrin dəf edilməsini gözləyirlər. İmkanlarınızın hədsiz olmadığınızı, güc və qüvvənizin məhdudluğunu onlara anlada bilməyəcəksiz. Sizi yaxınlarına yardım etməməkdə, eqoizmdə suçlayacaqlar.
Qəfil gəlir sayəsində alış-veriş etmək, vaxtınızı xoş keçirmək, sevdiyiniz insanı hədiyyə ilə sevindirmək şansları yaranacaq. Yeni tanışlıqlar asanlıqla yaranacaq. Lakin ilkin təəssürata aldanmayın, hisslərin əsiri olmayın. Ləyaqətsiz və mənəviyyatsız adamın toruna düşə bilərsiniz.
Xərçəng- asan, rahat, xoş gündür. Dostlarla ünsiyyət və romantik görüş üçün əlverişli zamandır. Səmimi, gülərüz olun. İndiyədək sizə rəğbət bəsləməyən insanları belə, əməkdaşlığa və ya tərəfdaşlığa cəlb edə bilərsiniz. Qəfil romantik etiraf istisna deyil.
Sizi tərifləyəcəklər.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Ağır fiziki işlərlə məşğul olsanız da, yorulmayacaqsınız. Fiziki işlərdə xeyir var.
Axşam saatlarında məşqə yollanmaq olar.
Şir- bu gün başalyacağınız istənilən işin hesabladığınızdan artıq vaxt tələb edəcəyinə hazır olun. İlk əvvəl situasiya maraqlıdır, çünki gecikmə və təxirəsalmaların səbəbləri absurd təsir bağışlayır. Lakin bir qədər sonra yaşananlar sizi sinirləndirəcək, qıcıqlandıracaq.
Günün ortalarında güzəştə getməlisiniz. Yaxınlarınızla münasibətlərinizdə problemlər yaratmamaq üçün müəyyən planlardan imtina etmək gərəkdir.
Soyuqqanlı, təmkinli olun.
İstənilən, hətta rutin və sadə iş zamanı ehtiyatlı olun. Kəsici və dəlici əşyalarla davranışda travma riski var.
Sayıq davranın.
Qız- yeni maraqlar və işlər yaranır, yaradıcılıq potensialının səviyyəsi artır. Sizinlə çalışmaq istəyənlərin sayı artır. Yeni tanışlıqlar istisna deyil. Onlardan biri uzunmüddətli və harmonik romantik münasibətlərin təməlini qoya bilər.
Pullarla ehtiyatlı olun. Maliyyə vəsaitinizin qədrini bilin, bədxərclik etməyin. Günün ikinci yarısında işgüzar məsələləri müzakirə etmək məsləhət deyil. Müzakirə mövzusu nə qədər aktual və mühüm təsir bağışlasa da, onu ertələyin.
Tərəzi- süst və ətalətli olmayın. Peşəkar fəaliyyət müstəvisində istiqamət, çalışdığınız interyeri dəyişmək olar. Yola çıxmazdan əvvəl diqqətli olun, hazırlığı yarımçıq başa vurmayın. Yalnız belə darvansanız, yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün maliyyə fonu əlverişlidir. Anlaşmalar və ya sövdələşmələrə nail ola bilərsiniz. Qəfil hədiyyələr istisna deyil.
Axşam saatlarında xoş və romantik etiraf gözləyin.
Əqrəb- qətiyyətli, inadkar, iradəli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqları ola bilər. Dəyər verdiyiniz insanlarla mübahisəni qarşıdurmaya çevirməyin.
Günün ikinci yarısı önəmli məsələlərin müzakirəsi və ünsiyyət üçün münasibdir.
Spontan alış-veriş etməyin. Belə davranış yalnız bədxərclikdir. Nəzərdə tutduğunuz əşyaları ala bilərsiniz. Gün ərzində kiçik ağrılar hiss etsəniz də, axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Oxatan- intellektual potensialınız yüksəkdir. Çətin məsələlərin həllində və problemlərin çözülməsində soyuqqanlı olun. Tapmacalar, həlli ilk baxışdan mümkünsüz durumlar olacaq. Peşəkar fəaliyyət müstəvisindəki aktivliyi artırın. Yeni ideyalar yaranacaq. Onları müzakirə edəcəyiniz adamla təmasda olun. Yaramaz və məkrli insanlarla planlarınızı bölüşməyin.
Ətrafınızdakı insanları dəyərləndirəndə yanılmayın. Yeni tanışlıq üçün münasib zamandır. Maraqlı insan, yaradıcı şəxsiyyətlə qarşılaşa bilərsiniz. Axşam saatlarındakı təmaslar yaşamınızda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
Oğlaq- maraqlı saymadığınız işləri görmək məcburiyyətində qalacaqsınız. Üstəlik, faydalı sanmadığınız sifariş və tapşırıqlar alacaqsınız. Tapşırıq nüfuzlu insandan gəldiyi üçün imtina variantlarını nəzərdən keçirməyin. Maliyyə durumunu nəzarətdə saxlayın. İmkanlarınızın yol verdiyindən artıq pul xərcləməyin. İtkilərlə sonuclanacaq səhvlər və yanlışlıqlara yol verməyin.
Axşam saatlarında romantik sürpriz ola bilər. Sevdiyiniz insan əhvalınızı yaxşılaşdıracaq. Yeni tanışlıqlara can atmayın, tələskənlik etməyin. Əlaqələr qurmaq istədiyiniz insanın kim olduğunu dəqiqləşdirin.
Dolça- mürəkkəb, qarışıq, çalxalanmaların yaşanacağı gündür. Əsəbi və qıcıqlı olmayın. İşlər planlaşdırdığınız təki getməsə, narahat olmayın. Planlar pozularsa, sinirlənməyin, müşkülün həll yollarını arayın. Tələsməyin, məqsədə çatmaq üçün aramla addımlamaqda xeyir var. Dostlar və ya qohumlardan birindən mühüm informasiya alacaqsınız. Gəlirlər o qədər də çox olmayacaq.
Axşam saatları romantik təmaslar və görüşlər üçün əlverişlidir. Sakit, rahat olun. Sabah gərəyiniz olacaq qüvvə və güc toplamaq üçün zəruri tədbirləri görün.
Balıqlar- gün kiçik anlaşılmazlıqlar və ailə üzvlərindən biri ilə mübahisədən başlaya bilər. Əhvalınızı korlamayın. Yaranmış situasiyanı uzun-uzadı müzakirə etmək, münasibətləri aydınlaşdırmağa dəyməz. Əvvəlcədən hazırladığınız planlardan birindən imtina etməli olacaqsınız.
Sonrakı saatlarda şərait uğurludur. Çətin və mürəkkəb saydığınız işə başlaya bilərsiniz. Aldığınız işgüzar məziyyətli təklifləri ciddi şəkildə nəzərdən keçirin, tələskənliyə yol verməyin. Köhnə dost özünü xatırladacaq. Sevdiyiniz insanı sevindirin.