Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Alişanın toyuna qatılıb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, A. Məmmədov Busel Varol və Alişanın 900 nəfərlik qonaqları arasında olub.
Eks-nazirin oğlu nikah bağlanan zaman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə nikah şahidi olub. Görüntülər Türkiyə KİV-lərində əks olunub.
A. Məmmədov cütlüyə xoşbəxtlik arzu edib: "Nikah şahidi oldum, Allah xoşbəxt etsin".