Türkiyə Dardanel boğazını qeyri-müəyyən müddətə bağlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 06:30-dan boğazda hərəkətin dayandırılmasına səbəb qatı duman olub.

Boğazın gəmilər üçün açılmasının dəqiq tarixi hələ məlum deyil.

Qeyd edək ki, Dardanel boğazı sonuncu dəfə cari ilin fevralında bağlanmışdı.