Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.
Unikal.org-un məlumatına görə, qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev arasında imzalanıb.