Mayın 8-də saat 02.00 radələrində paytaxtın Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Rəsulov idarə etdiyi "Mitsubishi markalı avtomobili aşırıb.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə sürücünün sərnişini, qohumu, Abşeron rayon sakini Firuddin Rəsulov ağır xəsarət alıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.