Deputat İranla əlaqələrin kəsilməsini təklif edir
13:10 24-08-2012
CƏMİYYƏT
Deputat İranla əlaqələrin kəsilməsini təklif edir
Zahid Oruc: "Çünki Tehran Bakı ilə bütün əlaqələrini kəsib və onlara cavab verilməlidir"
“Qoşulmama Hərəkatı müəyyən hərbi birliklərdən fərqli strateji məsələləri izləməkdədir. O, NATO kimi dünyada real konflikt ocaqlarına müdaxilə etmir. Dünyada mövcud olan çoxlu birliklər var. Sadəcə, Qoşulmama Hərəkatı fərqli birlikdir". Bu sözləri millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü uğurlu addımdır: "Azərbaycanın hərəkata üzvlüyü Kazan görüşlərindən öncə baş verdi. Bu çox mühüm mərhələ idi. Mənə görə, o dövrdə Azərbaycan Rusiyaya mesaj etmiş oldu ki, Qarabağ məsələsində nisbi dəyişikliklər Azərbaycanın xarici siyasət hədəflərinə təsir göstərə bilər. Bu fonda bəlli oldu ki, Azərbaycan Rusiyanı qıcıqlandıracaq addımlardan, xüsusilə NATO ilə əlaqələrindən geri çəkilə bilər. Yetər ki, Qafqazdakı proseslərdə Rusiyanın siyasi elitası dəyişikliklər etsin. Azərbaycan dövlətinin rəhbərliyi məhz bu məqamları hesablamışdı. Azərbaycan tərəfindən addımlar atıldı, amma çox təəssüflər olsun ki, Rusiya öz mövqeyindən çəkilmədi. İndi də hərəkatın toplantıları, iclasları olacaq. Azərbaycanın burada əsas işi yeni tərəfdaşlar tapmaqdır. Yəni Qoşulmama Hərəkatının hansısa məsələlərə müdaxiləsi və beynəlxalq birlik kimi regional problemlərin həllində iştirakına ümid etmirəm".
Millət vəkili qeyd edib ki, İranla Azərbaycan arasında olan soyuqluq Azərbaycandan qaynaqlanmır: "İran bizim ölkəmizdə İsrailin kəşfiyyat mərkəzlərini və hərbi birlikləri axtarır. İranın bu addımları Azərbaycanda narazılıq yaratdı. İkinci tərəfdən qarşılıq verilən addımlar da adekvat sayıla bilməz. Məsələn, günümüzün mövzusu olan iki azərbaycanlı gənc şairin girov götürülməsi gərginliyi daha da artırır. Bu normal addım deyil. İran qərbin ona tətbiq etdiyi sanksiyaların əvəzini Azərbaycandanmı çıxır? Bu mənada deyə bilərəm ki, Azərbaycan tərəfi İranla münasibətlərin normallaşmasının tərəfdarıdır. Prezident İlham Əliyevin də İrana planlaşdırılan səfəri heç bir gərginlik yarada bilməz. Həmçinin iki ölkə arasında hər hansı yeniliyin də baş verməsinə inanmıram. Bu beynəlxalq tədbirdir və düşünmürəm ki, İran nəyisə hədəf etmiş olsun. Ola bilsin, İran düşünür ki, bu tədbirdən istifadə edib, xarici düşmənlərinə mesaj versin. Azərbaycan bu baxımdan çox təhlükəsizdir, çünki biz nə anti-İran blokunda, nə də qərb əleyhinə bir cəbhədə yer almamışıq. Bir sözlə, Azərbaycan forposta çevrilməyib. Əslində, Azərbaycan İranla bütün iqtisadi əlaqələri kəsməlidir, çünki İran daima Azərbaycana təzyiq edib. İran mövzusunda biz qərbi dəstəkləməliyik".
Toğrul
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33