Bu gün Qubadlı rayon İcra
Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci
ildönümü münasibətilə rayon tədbiri keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik
İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və
ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə iştirakçılar Ulu Öndərin
rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri
qoydular.
Sonra tədbir Sumqayıt şəhərində yerləşən "28 may
mədəniyyət evində davam etdirildi. Tədbir öncəsi iştirakçılar Ulu Öndərin
doğum günü münasibətilə təşkil olunan sərgi ilə tanış oldular. Sərgidə Heydər
Əliyevin kitabları, Ümummilli Lider haqqında yazılan çap materialları, həmçinin,
Qubadlı rayon məktəblilərinin rəsm əsərləri və əl işləri nümayiş etdirildi.
Tədbir açıq elan edildikdən sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs olunan video çarx nümayiş olundu.
Tədbirdə Qubadlı Rayon Icra Hakimiyyətinin
başçısı Malik İsaqov çıxış edərək Ümummilli Liderin Azərbaycan
dövlətinin möhkəmlənməsi və inkişafı
yolundakı fəaliyyətindən bəhs etdi. Ulu Öndərin fəaliyyətinin hər bir
sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edərək bildirdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə
rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü
elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdi, başlıcası isə xalqın qəlbində,
arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati
tələbat kimi formalaşmasına zəmin yaratmışdı.
Qeyd
edildi ki, xalqın tələbi ilə müstəqil Azərbaycan respublikasına rəhbərliyi qəbul
edən Ulu Öndərin o ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən
keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik
qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Heydər Əliyev Azərbaycanın
müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi.
Müstəqil dövlətin əsl mənada qurulması, iqtisadi, hərbi, mədəni
potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti
yaratdı. RİH-nin başçısı vurğuladi ki, dövrün burulğanlı, təlatümlü çağında
böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə
tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini
göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti
olacaqdır. Başçı bildirdi ki, Ulu Öndər məcburi köckünlərin də əsl himayəçisi
idi. Məcburi köckünlərin həyat şəraitlərinin yaxsılaşması, məhz Heydər Əliyevin
adı ilə bağlıdır. Dahi rəhbərin həyata keçirdiyi siyasət nəticəsində qaçqın və
köçkünlərin problemləri öz həllini tapdı.Rayon İcra hakimiyyətinin başçısı qeyd etdi ki,
bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin
ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata
keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir. Biz inanırıq ki, yaxın
gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və
məcburi köckünlər öz doğma yurd yuvalarına qayıdacaqlar.
Sonra Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilmiş
rayon məktəbliləri arasında inşa yazı, şeir, musiqi məktəblərinin şagirdləri
arasında mahnı müsabiqələri, bilik və idman yarışları, şagirdlərin rəsm və əl
işlərindən ibarət sərgi-müsabiqələrinin qalibləri mükaftlandırıldı və Yeni Azərbaycan Partiyasına qəbul
olanlara vəsiqələr təqdim edildi.
Tədbir sonra musiqili konsert proqrami ilə
davam etdirildi.