"Google şirkəti 8-10 may tarixlərində Mauntin-Vyu şəhərində keçirilən "Google I/O 2018 konfransında "Google Photos servisi üçün öz yeniliklərini təqdim edib.
Unikal.org ICTnews-a istinadən xəbər verir ki, ən maraqlı yeniliklərdən biri süni intellekt sisteminin köməyi ilə köhnə ağ-qara şəkillərin rənglənməsidir.
İstifadəçi köhnə şəkli öz smartfonu ilə çəkməli olacaq, bundan sonra "Google Photos servisi onu təhlil edərək şəklin rəngli variantını təklif edəcək.
Başqa yeniliklər arasında şəkildəki obyektlərin bölünməsi, sənədlərin təsvirinin tanınması və onların avtomatik PDF fayla konvertasiyası üçün süni intellektdən istifadəni qeyd etmək olar.