Goranboy rayonunda azyaşlını avtomobil vurub. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.Kənd ərazisindəki yolda 2013-cü il təvəllüdlü Quliyev Mayıl Kamil oğlunu maşın vurub.Xəsarət alan uşaq xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

 Faktla bağlı araşdırma aparılır.