Bakının Səbail rayonunda yerləşən Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Əliyev Orxan Cəbrayıl oğlu tanışı ilə mübahisə edib.

Tərəflər mübahisəni Mərkəzi Nəbatət Bağında davam etdiriblər. Nəticədə O.Əliyev döyülərək ağır bədən xəsarətləri alıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Məlumata görə, davada iştirak edən bir nəfər saxlanılıb.