Paytaxtın Bəsti Bağırova küçəsində sürücü ilə polislər arasında dava baş verib.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Videoda görünür ki, Statistika dairəsindən Caspian Plazaya tərəf gedən yolda YPX əməkdaşları ilə qaydanı pozan sürücü arasında insident yaranıb. Yol Patrul Xidmətinin əməkdaşları sürücüyə qarşı zor tətbiq etmək istəsələr də, ətrafda olan vətəndaşlar buna imkan verməyiblər. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb.