Bakıda yol qəzası tıxaca səbəb olub.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
M.Ağayevin sözlərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib:
"Prospektdən şəhər istiqamətində (Bağırov körpüsünün altında) yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən hazırda həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir".