Cəlilabad sakini döyülüb. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə tanışlar arasında düşən kütləvi dava zamanı baş verib.

Döyülən şəxs rayonun Babaxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Əkbər oğlu Qaraşovdur. Yaralı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.