Bu gün səhər saatlarında YPX əməkdaşları ilə mübahisə edən və sənədləri təqdim etməkdən imtina edən, axına qarşı hərəkət edən sürücünün kimliyi bəlli olub.
Unikal.org-un avtosfer-ə istinadən məlumatına görə, 1979-cu il təvəllüdlü Bakı şəhər, Yasamal rayon sakini Elşən Maqsudov bu gün səhər idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobilləəks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.
O, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.
Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (Polisə tabe olmamaq) 15 sutka həbs edilib.