Tovuz rayonunda qadını elektrik cərəyanı vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən istixanaların birində baş verib.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nəsibə Çümşüd qızı Hüseynovanı ehtiyatsızlıqdan elektrik cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.