Şəkidə evdən 8 min manatlıq qızıl oğurlayan şəxs tutulub.

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Aqil Sadıqovun ətrafında Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun evlərin birindən 8500 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.