Respublika Müalicəvi Diaqnostika Mərkəzi millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılması xəbərinə rəsmi münasibət bildirib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Səadət Hənifəyeva Unikal.org-a açıqlamasında bildirib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi ötən ilin mart ayının 6-da yaranıb və oranın heç vaxt rəhbər vəzifə ştatı olmayıb.

"Rəşad Mahmudov "Bakı Ürək Mərkəzi yaradıldığı gündən ürək-damar cərrahı kimi fəaliyət göstərib. Onunla bərabər digər həkimlər də burada çalışıb. Hazırda da onlar mərkəzdə fəaliyətlərini davam etdirirlər. Sadəcə Rəşad Mahmudovun Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitdiyinə görə, qanunvericiliyə uyğun olaraq əməkdaşlığa xitam verilib. Bu səbəbdən o, artıq bizdə çalışmır.

Mərkəz rəsmisi R.Mahmudovla əməkdaşlığa xitam verilməsinin səbəblərini də açıqlayıb:

"R.Mahmudovun millət vəkilidir. Qanunvericiliyə görə, millət vəkilinin özəl tibb müəssisəsində həkim kimi çalışma hüququ yoxdur. Müqavilənin vaxtı bitdiyindən və həm də qanunvericiliyə uyğun olaraq iş birliyimizə xitam verilib.

Qeyd edək ki, BakuPost-un yaydığı məlumata görə, millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb. Bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.