Türkiyənin məşhur tarixi seriallarından biri olan "Payitaht Abdülhamiddə Azərbaycana da yer verilib.
Unikal.org xəbər verir ki, ekranın işinin 51-ci seriyasında Azərbaycanın məşhur milyonçusu Hacı Zeynalabdinin Sultan Abdulhamidlə görüşü təsvir olunub.
Görüş zamanı Hacı Zeynalabdin Sultana Azərbaycan türkcəsində yazılmış "Qurani Kərim hədiyyə edir.
Serialdakı sözügedən səhnələr sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri ekran işində Azərbaycanın tarixi şəxsiyyətinə yer verilməsini təqdir etsələr də, aktyor seçimini bəyənməyiblər.
Onlar seçilmiş obrazdan çox Sultanın Hacıya oxşadığını qeyd ediblər.
Bundan başqa, diqqət çəkən digər məqam isə Hacı Zeynalabdin obrazını canlandıran aktyorun Azərbaycan türkcəsində deyil də, Türkiyə türkcəsində dialoq qurması olub.