Lənkəranda bank hesabından pul oğurlamış şəxs tutulub.
Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Gəgiran kənd sakini R.Axundova mayın 9-da onun bankların birindəki hesabından 340 manatının çıxarılaraq oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Kənarmeşə kənd sakini Əfqan Əkbərov olduğu, həmin gün bankomatdan pulunu çıxarmaq üçün kömək etdiyi qadının pulunu çıxardığını, lakin həmin məbləği dərhal mənimsəyərək pulun hesaba köçməməsi bəhanəsi ilə kartı yenidən qadına qaytardığı müəyyən edilib.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.