Bakıda 16 yaşlı qız itkin düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən "Park Bulvar ticarət mərkəzində qeydə alınıb.
2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
İtmiş qızın axtarışları davam etdirilir.