Sabirabad rayonunda mayın 16-da avtomobillə vurularaq ağır xəsarət alan 14 yaşlı məktəbli xəstəxanada ölüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlu Bakıdakı xəstəxanalardan birində vəfat edib.

Elman Məmmədovu oxuduğu məktəbin qarşısında "Prado markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yeniyetmə sonradan Bakıdakı xəstəxanalardan birinə göndərilib.