Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Qusar rayonunun Urva kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.
Unikal.org-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək.