Bakının Binəqədi rayonunda oğurluq baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlanıb.
Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılıb.
Onun mayın 1-dən 20-dək olan müddətdə 2 evin həyətindən 2 velosiped, 1 evdən 390 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.