Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı ahıl kişi ağır xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Bakıxanov küçəsində yolu keçmək istəyən 1948-ci il təvəllüdlü Abbasquliyev Vaqif Məmməd oğlunu avtomobil vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.