Kriminal qruplaşmalar arasında baş vermiş kütləvi davanın aylardır gizli saxlanılıan görüntüləri üzə çıxıb. Qanlı dava 2018-ci il fevralın 7-də ''Qızıl ev'' çay evində Rövşən Lənkəranski və Lotu Quluya yaxın qruplaşmalar arasında baş verib.

Unikal.org xəbər verir ki, dava baş verən kafenin sahibi Gülnar İbadova Criminal.az saytına açıqlamasında bildirdi ki, ''Qızıl ev'' restoranında baş verən davadan hər kəs xəbərsizdir: ''Bu haqda nə daxili işlər naziri Ramil Usubova, nə də Baş Prokuror Zakir Qaralova məlumat çatdıra bilirəm. Bir müddət əvvəl mənə məxsus ''Miraj'' çay evində dəhşətli dava olmuşdu. Həmin hadisə ictimailəşdi. ''Qızıl ev''də baş verənlərdən isə insanlar xəbərsizdir. Hadisəyə gəlincə, Gəncədə Rövşənçi və Quluçular iki qruplaşmaya bölünüb. Hər iki qruplaşma arasında münaqişə yaranmışdı. 25 nəfər arasında kütləvi dava olub. Armaturla, küqabı ilə bir-birini qana bulaşdırdılar. Dava zamanı obyektimə 8 min manat ziyan dəydi, ancaq heç nə istəmirəm. Amma məni rahat buraxsınlar''.

G.İbadova deyir ki, dava edən tərəflərdən biri ona problem yaradır: ''İstəkləri odur ki, davanın video görüntüsünü siləm. Evimə girib altını üstünə çeviriblər, maşınımı Rusiya nömrəli avtomobil vurub. Polisə deyirəm, bildirir ki, başqa ölkənin nömrəsi olan maşını necə tapım. Valideynim prokurorluğa mənim həyatımın təhlükədə olması ilə bağlı şikayət etdi. Prokurorluq araşdırma aparanda məlum oldu ki, həmin dava sənədləşdirilməyib. Prokurorluq polisi silkələyəndən sonra ərazi Kəpəzin olsa da, Nizami Polis Şöbəsinə bir neçə nəfəri aparıb saxladılar. Sonra ümumilikdə 45 min manat alaraq sərbəst buraxıblar. Hazırda çox böyük narahatlıq keçiriəm. 25 nəfərin qanı gedib, polis deyir xəbərim yoxdu. Polisə videonu təqdim edirəm, əməliyyatçı Xanlar, əmməliyyat üzrə rəis müavini Müqabil Abdiyev yaxın durmur. İşi bağlayanlar Müqabil Abdiyev, rəis Faiq Şabanovun qardaşı İlqardır. Gəncə polisi bu günə düşməzdi. Ramil Usubovun bundan xəbəri yoxdu, özüm də polisdə xidmət göstərmişəm. Kimsə kiməsə bir şillə vurusa, canın alırlar. Bu hadisə isə göz yumurlar. Hazırda prokurorluq cinayətişi başlayıb, yenidən polisə göndərib. Gəncədə polislə kriminal aləm o qədər dostlaşınb ki, vətəndaşları razı sala bilmirlər''.

G.İbadova qrpulaşmalar arasındakı davanın necə baş verməsindən də danışdı: ''Bu qruplar olan yeri od yandırır. Bu il fevralın 7-də Rövşən Lənkəranskinin qruplaşmasının üzvü mənim kafemdə istirahə etdirmiş. Ayaqyoluna düşüb. Onun ayaqyolunun qapısını bağlamamağını mübahisəyə çevirdilər. Razborka 3 gün davam etdi, həmin oğlana 18 min tavan qoyuldu. Quluçu hesab olunan ''Ramoş'' ləqəbli Bəhrama dedim ki burda belə davalar etməyin. Həmin günü gedib Xanlarda 30 nəfərin iştirakı ilə dava etdilər. Bu söhbət mənim obyektimdəki davadan 12 gün qabaq olub. Fevralın 7-də isə Ramoş Rövşənçi hesab olunan Mirağaya söyüş söydü. O da gedib öz dəstəsini gətirdi. Videoda 28 nəfərin görüntüsü var. Bir nəfərin başın partlatdılar. Dava barədə polisə məlumat verdim, amma kitaba salmadılar. Ondan sonra dedim ki, özləri bilər. 7 il günə-gün Gəncənin keçmiş rəisi general Rasim Musayevin yanında əməliyat üzrə inspektor işləmişəm, amma belə şey görməmişəm''.