"BakuBus MMC Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı "Su Sonası şadlıq sarayının qarşısında 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədov "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusunun qarşısına çıxıb.

Qeyd edək ki, yaralı "Təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.