Bakıya turist kimi gələn əcnəbi zəhərlənib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hadisə mayın 30-u gecə saat 01 radələrində baş verib.
Paytaxtın Nizami küçəsi (Tarqovıy) 50 ünvanında yerləşən "Hosteldə qalan İran əsilli Almaniya vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimi Əmir Abrus oğlu həddən artıq "Hell enerji içkisi içdiyi üçün zəhərlənib. O, Kliniki Tibii Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün hələ dəı dindirilməsi mümkün olmayıb.
Ə.Kərimi mayın 29-da Azərbaycana gəlib.
20:21
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Unikal.org-a faktı təsdiqləyib:
"O bildirib ki, həmin şəxs spirtli içki içdikdən sonra, energetik içki olan "Hell" qəbul edib. Bu da onun bədənində mənfi təsir göstərib və o, zəhərlənib. Xəstə Kərimi Əmir səhərə yaxın şöbəmizə daxil olub. Onun huşu aydın olduğu və qan təzyiqi normal olduğu üçün ona tibbi yardım göstərildikdən sonra evə göndərilib".