Şirvan şəhərində itkin düşən müəllimin meyiti tapılıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib.
Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub.
Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb.
İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.