Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Xudat şəhəri ərazisindəki evlərdən birindən oğurluq törədilməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu gəlmiş, evə baxış keçirilmiş, digər zəruri tədbirlər görülüb.
Bu zaman mənzildən və həyətdən müxtəlif növ tikinti materialları, o cümlədən 2 plastik qapı, 1 ədəd lagonda və drel, 1 ədəd su nasosu, 200 litrlik su çəni, 30 metrlik dəmir boru, 36 kisə sement və məişət avadanlıqları oğurlanaraq ev sahibinə xeyli miqarda maddi ziyan vurulduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Nəsirullayev saxlanılıb.
Araşdırma zamanı o, törətdiyi cinayəti etiraf edib. Oğurladığı tikinti materiallarının bir qismi maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.