Cəlilabad rayonunda ata və oğul bıçaqlanıb. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı yaralanan, 1980-ci il təvəllüdlü Əliyev Babək Vəlihəd oğlu ilə yanaşı onun atası 1946-ci il təvəllüdlü Əliyev Vəlihəd Əziz oğlu da bıçaqlanıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onlara ilkin tibbi yardım göstərilib. 

***15:01

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini Babək Əliyev Sabirabad kənd sakini ilə aralarında düşən mübahisə zəminində bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin məlumata görə, Babək Əliyev borc verdiyi adamdan pulunu almaq istəyən zaman bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.