İnsan alveri ilə məşğul olan azərbaycanlı qadın tutulub.
Unikal.org Daxili İşlər Nazirlkiyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Könül İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. Görülmüş tədbirlərlə K.İsgəndərova saxlanılıb.
Saxlanılan şəxs ətrafında araşdırmalar aparılır.