Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Unikal.org xəbər verir ki, məhkəmə prosesində təqsirləndirilən şəxs Şücayət Əkbərov Aqşin Hüseynovu təhqir edib. A.Hüseynov da ifadə verərək bildirib ki, Şücayət tərəfindən daima təhqir və təzyiqlərə məruz qalır.
"O, iddia edir ki, idarə rəhbəri işləyib, milyonları olub. Mən onun yanında çalışanda nə onun milyonlarını, nə də texnikalarını görmüşdüm. Çünki bütün yığdıqlarını Arif Alışanovun pulları hesabına edib". Daha sonra Şücayət Əkbərov Aqşini təhqir edərək, deyib ki, bu pullar onun deyil, Aqşinin "dədəsinindir".
Daha sonra Aqşinin vəkili Nüşabə Ağayeva bildirib ki, Şücayət və onun adamları tərəfindən Aqşin və onun ailəsi sosial şəbəkələrdə təhqirlərə məruz qalıb, şantaj olunurlar.Vəkil hakimdən bu barədə tədbir görülməsini istəyib.
Şücayət Əkbərov da bunun şantaj deyil "haqq" olduğunu deyib. Bildirib ki, bu cür hədə-qorxular davam edəcək və Aqşinin başına oyun açacağını deyib.
Qeyd edək ki, məhkəmədən əvvəl də Şücayət Əkbərov Aqşini hədələyib. Belə ki, Şücayət Əkbərov Aqşini onun üzünə durmaqda günahlandırıb: "Aqşin, görəcəksən səni nə günə qoyacam. Sən bu həyatda yaşamayacaqsan. Sən mənim üzümə durdun. Mən uzun illərdir idarə mudiri işləmişəm, milyonlarım olub. Sənə köməklik göstərmişəm".
Şücayət Əkbərov daha sonra Aqşnin ailəsini təhqir etməyə başlayıb.
Aqşin isə baş verən cinayət hadisəsində Şücayətin üzünə durmadığını və baş verən hadisələri real olaraq dilə gətirdiyini bildirib:
"Məni təhqir etmə. Mən sənin törətdiyin cinayəti qeyd etmişəm. Sənin günahından həbsdəyəm". Orxan Həsənli |
Bu həyatda yaşamayacaqsan – Alışanova sui-qəsd edən şəxs ölümlə təhdid etdi
![Bu həyatda yaşamayacaqsan – Alışanova sui-qəsd edən şəxs ölümlə təhdid etdi Bu həyatda yaşamayacaqsan – Alışanova sui-qəsd edən şəxs ölümlə təhdid etdi](/photos/unikal/5b1107ab48d02_34085749_2131028903783533_7215623912879554560_n.jpg)
12:44 01-06-2018
KRİMİNAL
Digər Xəbərlər
2024-08-06 12:27:59
![Qadın restorandan 13 min manatoğurladı Qadın restorandan 13 min manatoğurladı](/photos/unikal/1722933071.394561.jpg)
2024-08-06 11:59:00
!["Meşə manyakı" adını aldı,20 il günahsız həbs yatdı "Meşə manyakı" adını aldı,20 il günahsız həbs yatdı](/photos/unikal/1722931196_Screenshot 2024-08-06 115935.png)
2024-08-06 10:43:34
![Taksi sürücüsünü döyüb avtomobilini qaçıranlarsaxlanılıb Taksi sürücüsünü döyüb avtomobilini qaçıranlarsaxlanılıb](/photos/unikal/1722926673.66b1c5f6c237466b1c5f6c2375172292658266b1c5f6c237266b1c5f6c2373.jpg)
2024-08-06 09:50:26
![Axtarışda olan 82 nəfər saxlanıldı Axtarışda olan 82 nəfər saxlanıldı](/photos/unikal/1722923464.def9c26b-c9b8-461c-8292-da01a9eac9e5_850.jpg)
2024-08-05 21:02:21
![Qızının gözləri qarşısında baltalanaraq öldürülən qadınınFOTOSU Qızının gözləri qarşısında baltalanaraq öldürülən qadınınFOTOSU](/photos/unikal/1722877525.WhatsApp Image 2024-08-05 at 21.01.07.jpeg)
2024-08-05 16:38:19
![Qanunsuz parklanma yerləri təşkil edən 159 nəfər saxlanılıb Qanunsuz parklanma yerləri təşkil edən 159 nəfər saxlanılıb](/photos/unikal/1722861508.fb5bb71a-f8e2-3b0b-b431-d156067aa710_850.jpg)
2024-08-05 11:56:45
![Bakıda evdən 4 min manatoğurlandı Bakıda evdən 4 min manatoğurlandı](/photos/unikal/1722844834.-01eee509167661138595282970510693323.jpg)
2024-08-05 11:42:54
![Qəbələdə avtomobil qaçıran şəxs Ağdaşda saxlanıldı Qəbələdə avtomobil qaçıran şəxs Ağdaşda saxlanıldı](/photos/unikal/1708667549.1662793349.1507287584_masin-ogrusu.jpg)
2024-08-05 11:31:33
![Sumqayıtda dələduzluq edən şəxs tutuldu Sumqayıtda dələduzluq edən şəxs tutuldu](/photos/unikal/599d40e3dd38d_tutuldu-640x369_1489220970.jpg)
2024-08-05 10:31:18
![Azərbaycanda DƏHŞƏT:Qadın qaynı tərəfindən öldürüldü (YENİLƏNİB) Azərbaycanda DƏHŞƏT:Qadın qaynı tərəfindən öldürüldü (YENİLƏNİB)](/photos/unikal/1722834143_176844.jpg)
2024-08-05 10:17:08
![79 cinayətin üstü isti izlərlə açıldı 79 cinayətin üstü isti izlərlə açıldı](/photos/unikal/1722838921.1690633934_410639568_0_0_2000_1125_1920x0_80_0_0_a47b8bd7c879eea9a3e4910b2a522a8d.jpg)
2024-08-04 23:49:03
![Qayınanasını baltalayaraq öldürən gəlinə cinayət işi açıldı- YENİLƏNİB Qayınanasını baltalayaraq öldürən gəlinə cinayət işi açıldı- YENİLƏNİB](/photos/unikal/1722793220.balta2jpg-1641374579.jpg)
2024-08-04 18:42:56
![Bu kiber tələlərə qarşı ehtiyatlı olun!- DİN-dən xəbərdarlıq Bu kiber tələlərə qarşı ehtiyatlı olun!- DİN-dən xəbərdarlıq](/photos/unikal/1722782704.3c2fb8f132847ef82aab42668962615e.jpg)
2024-08-04 14:17:43
![Rusiyalı deputatın sifariş verdiyi qətlinTƏFƏRRÜATLARI Rusiyalı deputatın sifariş verdiyi qətlinTƏFƏRRÜATLARI](/photos/unikal/1722766750.pic_bf44b137ddb2e7ff2cf08d11dc47639a.jpg)
2024-08-04 09:42:19
![Paytaxtda 51 yaşlı kişi qətləYETİRİLDİ - YENİLƏNİB Paytaxtda 51 yaşlı kişi qətləYETİRİLDİ - YENİLƏNİB](/photos/unikal/1699888523_1698172976_qetl.jpg)
2024-08-04 00:13:27
![Könüllü təhvil verilən silahların sayı açıqlanıb Könüllü təhvil verilən silahların sayı açıqlanıb](/photos/unikal/1722716118.17226700765646125376_1200x630.jpg)
2024-08-03 19:33:11
![Sumqayıtda qardaş qardaşıbıçaqladı Sumqayıtda qardaş qardaşıbıçaqladı](/photos/unikal/1722699278.bicaq.webp)
2024-08-03 16:23:48
![İnsanları aldatmaqda şübhəli bilinən şirkət əməkdaşları saxlanıldı -VİDEO İnsanları aldatmaqda şübhəli bilinən şirkət əməkdaşları saxlanıldı -VİDEO](/photos/unikal/1722688003.0c053e62-7319-331c-8995-5a75d7078347_850.jpeg)
2024-08-03 13:28:21
![Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb](/photos/unikal/1722677366.din_bina.jpg)