Xəbər verdiyimiz kimi, Rövşən Lənkəranskinin ən yaxın silahdaşlarından biri olan ''qanuni oğru'' Hacı Beyləqanski (Talıbxanlı) Rusiyanın paytaxtı Moskvada yaxalanıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının Moskvada saxladığı azərbaycanlı avtoritet Hacıbaba Talıbxanlı haqqında maraqlı fakt üzə çxıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o 2013-cü ildə Moskva mərkəzində restoranlardan birinin qarşısında snayperlə öldürmüş Rusiyanın məşhur kriminal avtoriteti, "Ded Xasan təxəllüsü ilə tanınan Aslan Usoyanın qatilidir.
Məşhur "Mash" kanalı vasitəsi ilə bildirilib ki, "Hacı Beyləqanski ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlı İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın dostu olub.
Bildirilib ki, o bir müddət əvvəl Nadir Səlfova ("Lotu Quli) qarşı sui-qəsd cəhdində iştirak eddərkən saxlanılmışdı.