Azərbaycanda dövlət maşınları satışa çıxarılıb.
Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, 20 iyun tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Siyahıda 9 avtomobil yer alıb.
1-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
2-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır
Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda - AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)