Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar UniÂverÂÂsiÂtetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.
Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rəÂqaÂbətÂli, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması dövÂlətiÂn əsas prioritetlərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ixÂÂtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. UniÂversitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.