Model Əfsanə Qasımova Azərbaycanın "Eurovision" təmsilçisi Səmra Rəhimli barədə danışıb.
Unikal.org bildirir ki, Qasımova ölkə.az-a açıqlamasında Rəhimlinin geyimini tənqid edib:
"Səmranın ifasını elə də bəyənmədim. Amma ən çox diqqətimi çəkən geyimi oldu. Məncə, o boyda sinə ilə o cür geyim geyinmək doğru deyildi. Şəxsən mənim sinəm onun sinəsindən qəşəngdir. Lakin o cür geyinməzdim. Düzdür, belə geyinməkdə qəbahət yoxdur. Nəzərə almaq lazımdır ki, o, Avropada Azərbaycanın adını təmsil edirdi. Yəni biz azərbaycanlıyıq və dünya bizi belə tanımamalıdır. Geyim bir yana, səmimiyyət adı ilə kimlərinsə qucağında oturmaq da yaxşı hal deyil. Yəni qabağa getmək üçün qucağa çıxmağa ehtiyac yox idi".
Xatırladaq ki, son günlər sosial şəbəkədə və mətbuatda Səmra Rəhimlinin geyimi müzakirə mövzusu idi. Ancaq sənətçi özü bu tərzdə geyimin ona yaraşdığını və heç bir qəbahət görmədiyini söyləyib.