Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nənənim təndiri" restoranının yaxınlığında atışmada təqsirləndirilən kriminal aləmin üzvləri - Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyevin 2 il 6 ay və İlham Ramazanovun isə 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib.
Belə ki, əraziyə toplaşan şəxslərin mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.
Daha sonra X.Səfixanov, M.Həsrətov, T.Nağızadə, E.Əliyev və İ.Ramazanov saxlanılaraq, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) 234-cü (narkotik) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Xəyyam Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.