Ötən gün Cəlilabad rayonunda baş vermiş silahlı insidentin təfərrüfatı məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, naməlum şəxslər Cəlilabad şəhər sakini Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.
Aparılan araşdırmalar nəticəsində hadisənin Kənan Həsənovun qardaşları, Cəlilabad rayon sakinləri İqbal Həsənov və İlqar Həsənov tərəfindən törədildiyi müəyyənləşdirib. Onların da hadisə yerinə Cəlilabad şəhər sakinləri Kənan Həsənova məxsus "Lexus və Şakir Məmmədova məxsus "Nissan markalı avtomobillərdə gəldiyi müəyyənləşib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İlqar Həsənovun qaynı Şakir Məmmədov "Nissan markalı avtomobildə, İlqar Həsənov isə yaşadığı evdə tutulublar. İlqar Həsənovun evinə baxış zamanı oradan "Aksu markalı silah, patron darağı və patronlar aşkarlanıb. İqbal Həsənovun Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğu da müəyyənləşib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221 və 228-ci maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.