Bir müddət əvvəl dünyasını dəyişən jurnalist Natiq Qədimovun övladı olub.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı mərhumun dostları sosial şəbəkədə paylaşıb. Onlar bildiriblər ki, jurnalistin oğluna "Natiq" adı qoyulub: "Dostlar, Natiq Qədimov ikinci dəfə dünyaya gəldi!

Qeyd edək ki, tanınmış jurnalist ötən ilin noyabr ayında infarktdan dünyasını dəyişib.