Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, saxlanılan Şahin Həsənova məxsus yaşayış evindən 2 ədəd tüfəng, 2 ədəd əl qumbarası, binokl, 5 barmaq, 1 ədəd avtomat patronu, Səxavət Həsənova məxsus evdən isə 2 ədəd əl qumbarası, eyni zamanda Şahin Həsənova məxsus "Audi Q7" markalı avtomobildən 8 ədəd patron olan "Makarov" tipli tapançanın 1 ədəd darağı aşkar edilərək götürülüb.
Hazırda həmin insidentdə digər şəxslərin iştirakının müəyyən edilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.