Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib.
DİM-dən Unikal.org-a verilən məlumata görə, sınaq imtahanları 9 iyun 2018-ci il tarixində mərkəzin Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçirilib.
1-ci növbə üzrə imtahan saat 10:00-da, 2-ci növbə üzrə isə saat 14:00-da başlayıb.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.