Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü yerli sakin Sadıqov Zamiq Mirzəyar oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Yaralının dediyinə görə, onu bir neçə nəfər döyüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.