Bakıda xuliqanlıq hadisəsi baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Eyvazova Solmaz Musa qızı 37-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı Elşən küçədə onun bibisini döyüb.

Şikayətçinin sözlərinə görə, keçmiş əri M.Mehdizadə küçəsində 64 yaşlı Fatma Musayevaya hücum edərək onu döyüb. Hadisənin hansı zəmində baş verdiyi qeyd edilməyib.

Müraciət əsasında araşdırma aparılır.