Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb. Hüquq-mühafizə orqanlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Xaçmaz rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir kİ, ilkin müayinələrə əsasən, meyiti tapılan qadının 15 gün əvvəl öldürüldüyü ehtimal olunur.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.