"Azərbaycanda sərnişin avtobuslarının 77%-nin, yük maşınlarının isə 81%-nin istismar müddəti 10 ildən çoxdur".
Unikal.org xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib.
O, həmçinin ölkədə qaraj təsərrüfatının lazımi səviyyədə olmadığını, eləcə də qarajların çatışmadığını qeyd edib.
Dövlət Xidmətinin rəisi taksi xidməti ilə bağlı da boşluqların olduğunu da deyib: "Regionlardakı taksilər minumim tələblərə cavab vermirlər. Müvafiq tənzimlənmə olmadığından problemlər yaranır. Bu problemlərin həlli ilə bağlı təkliflər hazırlanır. Taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə kompleks tədbirlər görüləcək".