İyunun 11-də Azərbaycanda qiymətli metallar bahalaşıb.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, qızılın qiyməti iyunun 8-i ilə müqayisədə 4,165 manat artaraq 1 troy unsiyası üçün 2208,4275 manat təşkil edib.
Gümüş 0,322 manat bahalaşaraq 1 unsiya üçün 28,7133 manata bərabər olub.
Platinin qiyməti 18,598 manat artaraq 1547,5865, palladiumun qiyməti isə 1,853 manat çoxalaraq 1725,585 manat təşkil edib.
Ad | 11.06.18 | 08.06.18 | |
Qızıl | XAU | 2208,4275 | 2204,2625 |
Gümüş | XAG | 28,7133 | 28,3913 |
Platin | XPT | 1547,5865 | 1528,9885 |
Palladium | XPD | 1725,585 | 1723,732 |