Amrahbank bu yay pul köçürmə xidmətlərindən istifadə edən müştərilərini mükafatlandıraraq, pulsuz ünsiyyət dəqiqələri ilə sevindirəcəkdir.
.
Bankdan unikal.org-a verilən məlumata görə, yay mövsümü ərzində "Amrahbankın filiallarından 1000 AZN və daha çox məbləğ ekvivalentində pul köçürən və ya alan hər bir müştəri istədiyi üç mobil operatorun birindən pulsuz danışıq dəqiqələri qazanacaqdır. Pulsuz danışıq dəqiqələri köçürülən və ya alınan məbləğə müvafiq təyin ediləcəkdir. Kampaniya 01.09.2018-ci il tarixinədək davam edəcəkdir.

Amrahbank əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Contact, Zolotaya Korona, Monex sistemləri ilə beynəlxalq və yerli pul köçürmələri həyata keçirir.